Bank Of Baku

Rubinyan: Azərbaycan və Ermənistan arasında real sülh var, buna sevinmək lazımdır

Ermənistan parlamentinin sədri Ruben Rubinyan

© APA | Ermənistan parlamentinin sədri Ruben Rubinyan

# 08 avqust 2026 13:37 (UTC +04:00)

Ermənistan parlamentinin sədri Ruben Rubinyan Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşmasının birinci ildönümü ilə bağlı açıqlama verib.

“Armenpress” xəbər verir ki, Ruben Rubinyan bildirib ki, bir il əvvəl Vaşinqtonda sülh razılaşması paraflanarkən bir sıra skeptiklər bunun real sülh gətirəcəyinə inanmırdılar.

“Onlar bunun real sülh gətirəcəyinə, sərhəd insidentlərinə və itkilərə son qoyacağına inanmırdılar. Onlar bizim çıxılmaz vəziyyətdən çıxacağımıza da inanmırdılar. Açıq şəkildə deyirdilər ki, bununla əks istiqamətə yol açırıq, heç nə əldə etmirik və dalanda qalacağıq”, – Ermənistan parlamentinin sədri deyib.

Onun sözlərinə görə, ötən bir il ərzində hadisələrin inkişafı bunun əksini göstərib:

“Artıq bir il deyil, təxminən 2,5 ildir ki, sərhəddə heç bir insident, heç bir itki yoxdur”.

Rubinyan qeyd edib ki, Ermənistan təkcə çıxılmaz vəziyyətdə qalmayıb, həm də blokadanın aradan qaldırılmasından ilk müsbət nəticələri əldə edib:

“Biz blokadanın aradan qaldırılmasından ilk müsbət bəhrələri əldə etdik: elektrik xətləri və nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycanla əlaqə yaratdıq”.

Ermənistan rəsmisi Türkiyə ilə bağlı da irəliləyişlərin əldə olunduğunu söyləyib:

“Eyni şey Türkiyə ilə bağlı da baş verdi. Çünki Türkiyə yaxın vaxtlarda nəqliyyat şəbəkələrimizdən istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırdı və biz Avropa, eləcə də Yaxın Şərqlə nəqliyyat kommunikasiyaları əldə etdik”.

O, əldə olunan nəticələri real sülhün göstəricisi kimi qiymətləndirib:

“Bu, real sülhdür və bundan hər hansı xoşagəlməz hiss keçirmədən sevinmək lazımdır. Biz sülhə layiqik!” .

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR