Rusiya Estoniyanın bütün sərhəd-keçid məntəqələrini bağlamaq niyyəti ilə bağlı məlumatların doğruluğunu yoxlayacaq.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.
O qeyd edib ki, Estoniya həqiqətən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamağı planlaşdırırsa, bu, aqressiv rusofobiyanın növbəti təzahürü olacaq.
Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrinin bağlanacağını açıqlayıb.