Bank Of Baku

Estoniya Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayır

Estoniya Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayır
# 15 noyabr 2026 19:46 (UTC +04:00)

Estoniya Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini dekabrın 1-dən etibarən bağlayacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.

Onun sözlərinə görə, sərhədin bağlanması Rusiyanın Estoniyada “düşmənçilik fəaliyyəti” həyata keçirmək imkanlarını məhdudlaşdırmalı və sanksiyalardan yayınma hallarının qarşısını almağa kömək etməlidir.

Estoniyanın xarici işlər naziri qərar barədə Finlandiya, Latviya və Litvanın xarici işlər nazirlərini məlumatlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR