Rusiya Ukraynanın paytaxtı Kiyevə “Şahed” dronları ilə hücum edib.
APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.
“Rusiya iş saatları zamanı, küçələrdə insanların çox olduğu vaxtda hücuma keçir. Özünüzü qoruyun”, - Yermak qeyd edib.
Hücumun hər hansı bir itkiyə və ya dağıntıya yol açması barədə məlumat verilməyib.