Rusiya "Taliban"ı terror təşkilatları siyahısından çıxara bilər

Rusiya "Taliban"ı terror təşkilatları siyahısından çıxara bilər
# 27 may 2024 12:05 (UTC +04:00)

"Taliban" Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatları siyahısından çıxarıla bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi prezident Vladimir Putinə məruzə edib ki, "Taliban" Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatları siyahısından çıxarıla bilər.
Kabulov Rusiyanın "Taliban"a Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda iştirak üçün dəvət göndərdiyini də söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR