Bank Of Baku

Rusiyada payız çağırışı dövründə ordu sıralarına 120 min nəfər göndəriləcək

Rusiyada payız çağırışı dövründə ordu sıralarına 120 min nəfər göndəriləcək
# 01 oktyabr 2026 13:21 (UTC +04:00)

Rusiyada payız çağırışı dövründə ordu sıralarına 120 min nəfər göndəriləcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilati və Səfərbərlik İdarəsinin rəisi Yevgeni Burdinski bildirib.

O, bu gündən orduya payız çağırışı dövrünün başladığını söyləyib.

Qeyd edib ki, oktyabr-dekabr aylarında təxminən 120 min nəfər orduya göndəriləcək. Rusiya MN rəsmisi yaz çağırışında bu rəqəmin 141 min, ötən payızda isə 135 min nəfər olduğunu vurğulayıb.

Burdinskinin sözlərinə görə, çağırışçılar xüsusi hərbi əməliyyatlarda iştiraka cəlb olunmayacaq: “2026-cı ildə cəmi 261 min rusiyalı çağırışa göndərilməlidir. İl boyu davam edən çağırış prosesi sayəsində plan təxminən 80% yerinə yetirilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR