Rusiyada sərnişin qatarının relsdən çıxaraq çevrilməsi nəticəsində 40 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1

Rusiyada sərnişin qatarının relsdən çıxaraq çevrilməsi nəticəsində 40 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB-1
# 27 iyun 2024 01:09 (UTC +04:00)

Komi Respublikasında sərnişin qatarının relsdən çıxması nəticəsində 40-a qədər insan xəsarət alıb, onlardan yeddisinin vəziyyəti ağır qiymətləndirilir.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov bildirib.

Onun sözlərinə görə, yaralılar həkimlərin müşayiəti ilə qatarla təxliyə edilir.



***
21:32

Komidə Vorkuta-Novorossiysk qatarının relsdən çıxması nəticəsində azı 7 nəfər xəsarət alıb.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin səbəb kimi dəmir yolu bəndinin su ilə yuyulması göstərilir.

***
20:17


Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk sərnişin qatarı relsdən çıxıb.

APA xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir neçə vaqon çevrilib.

Xəsarət alanların sayı hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR