Bank Of Baku

Rusiyanın "Rybar" Teleqram kanalının təsisçisi Zvinçuk Monteneqrodan deportasiya olunur - YENİLƏNİB

Rusiyanın "Rybar" Teleqram kanalının təsisçisi Zvinçuk Monteneqrodan deportasiya olunur - YENİLƏNİB
# 09 oktyabr 2026 19:13 (UTC +04:00)

Rusiyanın "Rybar" Teleqram kanalının təsisçisi Mixail Zvinçuk və onun çəkiliş heyəti Monteneqrodan deportasiya olunur.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Monteneqro Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Rusiyalı bloger və çəkiliş heyəti Monteneqronun milli təhlükəsizliyə təhdid hesab olunub. Bildirilib ki, qərar bu gün Zvinçukun, həyat yoldaşının və çəkiliş qrupunun digər üç üzvünün saxlanılmasından sonra verilib. Onlar Monteneqro təhlükəsizlik qüvvələri tərəfindən bir neçə saat dindiriliblər. Daha sonra hakimiyyət orqanları rusiyalıların Monteneqroda qalmasının milli təhlükəsizliyə təhdid yaratdığını bəyan edib və çəkiliş qrupuna ölkəni tərk etmək əmri verilib.

Qeyd edək ki, "Rybar" Teleqram kanalı və onun təsisçisi bloger Mixail Zvençuk Rusiyada Azərbaycana qarşı aparılmış çirkin informasiya kampaniyasının müəlliflərindən biridir. Zvençukun həm müəllifi olduğu "Rybar" kanalında, həm də anti-Azərbaycan mövqeli "Tsarqrad" kanalında çox saylı Azərbaycan əleyhinə yazılarına rast gəlmək olar.

***

12:18

Rusiyanın "Rybar" Telegram kanalının yaradıcısı Mixail Zvinçuk Monteneqroda saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, yerli "Vijesti" qəzeti Mixail Zvinçuk, həyat yoldaşı Valeriya və "Rybar"ın daha üç əməkdaşının bu səhər Monteneqronun Risan şəhərində saxlanıldığı barədə məlumat yayıb.

Bildirilib ki, əməliyyat Monteneqro polisi və ölkənin Milli Təhlükəsizlik Agentliyi tərəfindən həyata keçirilib.

Bunun xarici informasiya təsir əməliyyatlarında iştirak edən Telegram kanallarının hibrid fəaliyyətlərinin qarşısının alınması ilə əlaqəli olduğu bildirilib.

Mixail Zvinçuku Monteneqroda 15 ilə qədər həbs cəzası gözləyir. "Rybar" Telegram kanalının təsisçisinin həbsi barədə qərarın 72 saat ərzində veriləcəyi bildirilib.

Qeyd olunub ki, Zvinçuk, həyat yoldaşı və çəkiliş heyəti 24 saat ərzində prokurora təhvil veriləcək. Hazırda onlar Kotor polis bölməsində dindirilirlər.

Xatırladaq ki, "Rybar" Teleqram kanalı və onun təsisçisi bloger Mixail Zvinçuk Rusiyada Azərbaycana qarşı aparılmış çirkin informasiya kampaniyasının müəlliflərindən biridir. Zvinçukun həm müəllifi olduğu "Rybar" kanalında, həm də anti-Azərbaycan mövqeli "Tsarqrad" kanalında çox saylı Azərbaycan əleyhinə yazılarına rast gəlmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR