Moskvanın cənubunda və cənub-şərqində güclü partlayış səsi eşidilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, partlayış səsləri Kapotnya, Kuzminki, Lyublino, Maryino, Brateev, Zyablikovo, Tsaritsino və Çertanovo rayonlarının sakinləri tərəfindən eşidilib.
Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya Moskvanın bütün hava limanlarının bağlandığını elan edib.
Moskva vilayətinin Dmitrovski rayonunda dron hücum təhlükəsi elan edilib.