ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Moskvaya gəlib.
APA-nın Rusiya bürosu xəbər verir ki, ABŞ nümayəndələrinin təyyarəsi Vnukovo-2 hava limanına enib.
Rusiya KİV-i Uitkoff və Kuşnerin avtomobil kortejinin görüntülərini yayıb.
Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçilərinin Ukrayna münaqişənin nizamlanması ilə bağlı təkliflərini tərəflərə çatdırmaq üçün sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edəcəkləri açıqlanıb.