Kremldəki danışıqlardan əvvəl Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Moskvanın mərkəzində gəzintiyə çıxıblar.
APA-ın Moskva bürosu xəbər verir ki, onlar birgə nahar ediblər, Kreml ətrafında şəhəri gəziblər.
ABŞ nümayəndələri daha sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə gediblər.