Bank Of Baku

Ukrayna Leninqrad vilayətinə dron zərbələri endirib, “Wildberries” şirkətinin anbarlarında yanğın olub

Ukrayna Leninqrad vilayətinə dron zərbələri endirib, “Wildberries” şirkətinin anbarlarında yanğın olub
# 24 iyul 2026 08:55 (UTC +04:00)

Ukrayna dronlarının hücumu nəticəsində Leninqrad vilayətində “Wildberries” şirkətinin anbarlarında yanğın baş verib.

APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.

Qubernator üç nəfərin xəsarət aldığını bildirib.

Bundan başqa, daha bir dron Kirovski rayonunun Sinyavino kəndində quşçuluq fermasında anbara dəyib. Anbar uçsa da, xəsarət alan olmayıb.

Ukrayna Silahlı Qüvvələrinin dronları Sankt-Peterburqa da yönəldilib. Nəticədə Moskva şosesində yerləşən mülki obyektlərə zərbələr endirilib.

Leninqrad vilayətində Hava Hücumundan Müdafiə sistemləri tərəfindən 59 dronun vurulduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR