Bank Of Baku

Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp

© APA | Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp

# 10 oktyabr 2026 02:24 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında növbəti görüşün vaxtı hələ müzakirə edilməyib. Bununla belə, hər iki lider Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməyi planlaşdırır.

Rusiya mediasının məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin və Tramp telefon danışığı zamanı Rusiya neft məhsullarının ABŞ və dünya bazarlarına tədarükü də daxil olmaqla, genişmiqyaslı iqtisadi təşəbbüslərin hazırlanmasını müzakirə ediblər.

Uşakov qeyd edib ki, Tramp Putinlə telefon danışığı aparmaq üçün bəzi tədbirlərini təxirə salıb. ABŞ Prezidenti rusiyalı həmkarını ötən ad günü münasibətilə təbrik edib və həyat yoldaşı Melaniya Trampın da salamlarını çatdırıb.

Rusiya Prezidentinin köməkçisinin sözlərinə görə, Putin İran məsələsinin diplomatik yolla həllinin vacibliyini vurğulayıb və bu istiqamətdə diplomatik imkanların hələ tükənmədiyini bildirib.

Uşakov həmçinin qeyd edib ki, Putin Ukraynanın Rusiya ordusunun irəliləyişini dayandırmaq cəhdlərinin perspektivsiz olduğunu iddia edib.

Rusiya liderinin mövqeyinə əsasən, Kiyevin Dövlət Dumasına seçkiləri pozmaq cəhdləri səbəbindən hazırda Ukrayna ilə danışıqların bərpası mümkün deyil.

Uşakovun sözlərinə görə, Tramp Rusiya tərəfinin səsləndirdiyi mesajların Ukrayna nümayəndə heyətinə çatdırılması barədə göstəriş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR