APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Donetskdə səfərdə olan Bundestaqın deputatı Norbert Şpinrat keçirdiyi mətbuat konfransında bəyan edib.
O Ukraynaya mütləq yardım göstəriləcəyini qeyd edib. “Mən bir daha qeyd etmək istərdim ki, həm Almaniya, həm Avropa Birliyi, həm də Beynəlxalq Valyuta Fondu Ukraynaya yardım etmək niyyətindədirlər və bu 11 mlrd. avro məbləğində olan yardım mütləq göstəriləcək”, deyə Şpinrat vurğulayıb.