Bank Of Baku

Aleksandr Turçinov: “Qorxaqlıq nümayiş etdirən 25-ci Dnepropetrovsk hava-desant briqadası ləğv ediləcək, hərbçilər məhkəmə qarşısına çıxarılacaq”

Aleksandr Turçinov: “Qorxaqlıq nümayiş etdirən 25-ci Dnepropetrovsk hava-desant briqadası ləğv ediləcək, hərbçilər məhkəmə qarşısına çıxarılacaq”
# 17 aprel 2014 09:52 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda” saytına istinadən yaydığı xəbərə görə, bunu Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında elan edib.

 

“Mən sizə məlumat vermək istəyirəm ki, əsgərləri qorxaqlıq nümayiş etdirən və silahlarını təhvil verən 25-ci Dnepropetrovsk əlahiddə hava-desant briqadası ləğv ediləcək. Bu işdə günahı olan hərbçilər isə məhkəmə qarşısında cavab verəcək”, - deyə A. Turçinov söyləyib. O, artıq Müdafiə Nazirliyinə və Baş Prokurorluğa müvafiq tapşırıqlar verildiyini açıqlayıb.     

 

A. Turçinov aprelin 17-nə keçən gecə Mariupol şəhərindəki hərbi hissənin silahlı quldurlar tərəfindən hücuma məruz qalması barədə də danışıb: “Avtomat silahlar, qumbaralar və içində yandırıcı maye olan şüşələrdən istifadə edərək üç dəfə hücuma keçən cinayətkarlara qarşı əks-hücum təşkil edilib. Nəticədə 3 cinayətkar ölüb, 13-ü yaralanıb, 63-ü sağ ələ keçirilib. Digərləri qaçıblar və hazırda milis tərəfindən təqib olunurlar”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR