Bank Of Baku

Aşqabadda Xəzərin bioloji resurslarının mühafizəsi və rasional istifadəsinə dair saziş layihəsi müzakirə olunur

Aşqabadda Xəzərin bioloji resurslarının mühafizəsi və rasional istifadəsinə dair saziş layihəsi müzakirə olunur
# 20 dekabr 2012 08:13 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova – APA. Aşqabadda Xəzərin bioloji resurslarının mühafizəsi və rasional istifadəsinə dair saziş layihəsinin müzakirəsi üzrə regional müşavirə keçirilir.

 

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, tədbir Türkmənistan XİN və Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə Dövlət Müəssisəsi tərəfindən təşkil olunub.

 

Müşavirədə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın əlaqədar qurumlarının rəhbərləri və mütəxəssisləri iştirak edir. Bu, 2012-ci ildə ekspertlər səviyyəsində keçirilən ikinci görüşdür. Müşavirə dekabrın 21-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR