Bakı-APA. ATƏT-in Ukraynadakı missiyasının rəhbərinin müavini ölkənin şərqindəki Donetsk və Luqansk vilayətlərində inzibati binaların hökumət qüvvələrinə təhvil verilməsini müşahidə edəcək.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Cenevrədə bir neçə gün əvvəl keçirilmiş dördtərəfli görüşdə AB, ABŞ, Ukrayna və Rusiya nümayəndələri bütün inzibati binalarının etirazçılar tərəfindən boşaldılmasına dair razılığa gəliblər.
Kreml inzibati binalarının boşaldılmasında etirazçılara təsir etməyəcəyi təqdirdə Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar paketini tətbiq edəcəyi barədə xəbərdarlıq edib.