Bakı – APA. Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi meydanında quraşdırılmış Yeni il yolkası güclü külək səbəbindən aşıb. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi xəbərə görə, «Ala-Tao» meydanında quraşdırılmış ölkənin əsas bayram yolkası gecə saat 02:00 radələrində aşıb və artıq bu gün səhər saatlarında sosial şəbəkələrdə bununla bağlı video görüntülər yerləşdirilib.
Paytaxt meriyasının məlumatına əsasən, Yeni il yolkasının rəsmi təqdimatı dekabrın 15-də keçirilib, hündürlüyü 23 metr olub və dəmir karkas üzərində təbii şam ağaclarından yığılıb. Rəsmi mənbələr yolkanın külək nəticəsində aşdığını bildirsələr də, müşahidəçilər ötən gecə küləyin sürətinin saniyədə 15 metrdən artıq olmadığını qeyd edirlər.
Bişkek meri İsa Omurkulov isə bayram atributunun yaxın iki gündə bərpa olunacağını söz verib.