Bank Of Baku

Bu il 4465 Suriya ermənisi Ermənistan vətəndaşlığını qəbul edib

Bu il 4465 Suriya ermənisi Ermənistan vətəndaşlığını qəbul edib
# 24 dekabr 2012 12:19 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bu il Suriyadan Ermənistana köçən 4500-ə yaxın erməni bu ölkənin vətəndaşlığını qəbul edib.

 

APA-nın “newarmenia” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın diaspor naziri Qranuş Akopyan bildirib.

 

Onun sözlərinə görə, 2012-ci ildə erməni diasporunun 14 239 üzvü Ermənistanın vətəndaşlığını qəbul edib ki, onlardan da 4465-i Suriyadan gələn ermənilərdir: “Bu gün ölkədə 6 minə qədər Suriya ermənisi yaşayır. Hər gün təxminən 30 ailə təhsil, iş, yaşayış, maddi problemləri həll etmək üçün nazirliyə müraciət edir”.

 

Nazir həmçinin əlavə edib ki, Ümumerməni Xeyriyyə İttifaqı 300 ailəyə 3 ay ərzində ev pulunu ödəmək üçün 150 dollar məbləğində köməklik göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR