Bank Of Baku

Dağıstanda ucqar kənddə baş vermiş güclü yanğın nəticəsində 24 ev yanıb

Dağıstanda ucqar kənddə baş vermiş güclü yanğın nəticəsində 24 ev yanıb
# 20 aprel 2014 01:36 (UTC +04:00)

Bakı-APA. Dağıstanın ucqar Genux kəndində ötən gün axşam saatlarında güclü yanğın baş verib, nəticədə 24 ev yanıb. APA-nın “İTAR-TASS”a verdiyi istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-in açıqlamasında bildirilir.

 

“Yanğın nəticəsində xəsarət alan yoxdur, 24 ev yanıb, 90 nəfər təxliyə olunub”, deyə FHNdən bildirilib. Məlumata görə, yanğının səbəbləri müəyyənləşdirilir. “İlkin məlumata görə, yanğın evlərin birində baş verib, yanğının yayılmasına güclü külək səbəb olub”, deyə məlumatda bildirilir.  

 

Mürəkkəb coğrafi relyef və tikililərin sıx olması yanğının söndürülməsinə çətinlik yaradıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR