Bank Of Baku

Dağıstanın iqtisadiyyat naziri: “Rusiya Maliyyə Nazirliyi Xrax-uba və Uryan-uba sakinlərinin köçürülməsi üçün maliyyə vəsaiti ayırmaq istəmir”

Dağıstanın iqtisadiyyat naziri: “Rusiya Maliyyə Nazirliyi Xrax-uba və Uryan-uba sakinlərinin köçürülməsi üçün maliyyə vəsaiti ayırmaq istəmir”
# 26 dekabr 2012 10:03 (UTC +04:00)

 APA-nın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan parlamentinin sessiyasında bu respublikanın iqtisadiyyat naziri Marat İlyasov deyib.

Onun sözlərinə görə, rəsmilər köçmək istəyən sakinlərin siyahısını formallaşdırıb, lakin maliyyə mənbələrin axtarılması ilə bağlı problemlər yaranıb: “Rusiya Maliyyə Nazirliyi bizə bildirir ki, sakinləri “Rusiyanın cənubu” proqramı çərçivəsində köçürək. Onlar tövsiyə edirlər ki, bu proqram üzrə bəzi layihələri dayandıraq, qalan pulları isə sakinlərin köçürülməsinə yönəldək. Lakin nə biz, nə də Regional İnkişaf Nazirliyi bu təklifi dəstəkləmirik”.

 

M. İlyasov həmçinin əlavə edib ki, sakinlərin köçürülməsi üçün Dağıstana 900 milyon rubl, evlərin tikintisinə isə 300 milyon rubl vəsait tələb olunur.

Xatırladaq ki, 2010-cu ilin sentyabrında Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra əslən Dağıstanın Məhərrəmkənd və Axtı rayonlarından olan Xrax-uba və Uryan-uba sakinlərinin statusu məsələsi gündəmə gəlib. Azərbaycan hökuməti kəndlərin əhalisinə Rusiya vətəndaşlığını saxlamaqla sadələşdirilmiş qaydada Azərbaycan vətəndaşlığını qəbul etməyi təklif edib. Uryan-oba sakinləri bu təklifi qəbul edərək Azərbaycan ərazisində həyat və fəaliyyətlərini davam etdirməyi leqallaşdırıblar. Xrax-uba sakinləri isə fərdi qaydada Dağıstan ərazisinə köçməyə qərar veriblər. Köçürülmə Azərbaycan hökuməti, Rusiyanın Azərbaycandakı səfirliyi və Dağıstan hakimiyyət orqanlarının əməkdaşlığı şəraitində həyata keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR