APA-nın “Armİnfo”ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan bildirib.
“Qazın qiymətinin subsidiyalaşdırılması üçün qrantın ayrılması ilə danışıqlar artıq yekunlaşıb. Yaxın günlərdə biz danışıqların nəticələri barədə ictimaiyyəti məlumatlandıracağıq. Əminliklə deyə bilərəm ki, Ermənistan qazın qiymətinin subsidiyalaşdırılması üçün Rusiyadan vəsait alacaq”, deyə nazir bildirib. Bununla belə, danışıqların nə vaxt yekunlaşdığını və Rusiyanın Ermənistan üçün ayıracağı vəsaitin məbləğini nazir açıqlamayıb.
Məlumatda qeyd olunur ki, ayrılacaq qrant Ermənistana qazın qiymətini 270 dollardan (1000 kubmetrə görə) 189 dollara endirməyə imkan verəcək.
Qeyd edək ki, Ermənistana qaz tədarükünü “ArmRosqazprom” QSC-i həyata keçirir. Bu şirkətin səhmlərinin 80 faizi Rusiyanın “Qazprom” şirkətinə, və yalnız 20 faizi Ermənistan hökumətinə məxsusdur.
Rusiyadan Ermənistana qaz tədarükünün həcmi 2012-ci ildə 22,3 faiz artaraq 1 mlrd. 967,2 mln. kubmetr təşkil edib.