Bank Of Baku

Ermənistanda prezidentliyə namizədlərdən sənədlərin qəbulu prosesi başlayıb

Ermənistanda prezidentliyə namizədlərdən sənədlərin qəbulu prosesi başlayıb
# 25 dekabr 2012 08:04 (UTC +04:00)

 APA-nın məlumatına görə, proses yanvarın 4-dək davam edəcək. Namizədlərin qeydə alınması prosesi yanvarın 14-də başa çatacaq. 

 

Xatırladaq ki, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. 

 

Ermənistan Respublika Partiyası son qurultayında hazırkı dövlət başçısı Serj Sərkisyanın namizədliyini irəli sürüb. “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan namizəd olmayacağını və seçkilərdə heç bir namizədi müdafiə etməyəcəyini bəyan edib. “İrs” Partiyasının lideri Raffi Ovannisyan öz namizədliyi irəli sürmək qərarına gəlib, “Daşnaksütyun” isə mövqeyini bu gün dəqiqləşdirəcək. Erməni Milli Konqresinin üzvü Qrant baqratyan da namizədliyini irəli sürüb, lakin bildirib ki, Levon Ter-Petrosyan namizəd olmaq istəsə, o namizədliyini geri götürəcək. Levon Ter-Petrosyan isə seçkilərdə namizəd olmayacağını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR