Bank Of Baku

İstintaq Yuliya Timoşenkonun deputatın qətlinin sifarişçi olduğunu təsdiqləyən ifadələr əldə edib

İstintaq Yuliya Timoşenkonun deputatın qətlinin sifarişçi olduğunu təsdiqləyən ifadələr əldə edib
# 21 dekabr 2012 23:10 (UTC +04:00)

Bakı-APA. Ukrayna Baş Prokurorluğunun müstəntiqləri ölkənin keçmiş baş naziri Yuliya Timoşenkonun 1996-cı ildə tanınmış deputat Yevgeni Şerbanın qətlinin sifarişçi olduğunu təsdiqləyən bir neçə şahid ifadəsi əldə edib. APA-nın məlumatına görə, bu barədə Ukrayna baş prokurorunun birinci müavini Renat Kuzmin bəyan edib.

 

Qeyd edək ki, “Aton” iri maliyyə korporasiyanın rəhbəri, Ukrayna parlamentinin deputatı Yevgeni Şerban 1996-cı ildə Donetsk aeroportunda qətlə yetirilib. Hadisə zamanı Şerbanın həyat yoldaşı və aeroportun bir əməkdaşı da həlak olmuşdu. Şerbanın oğlu Ruslan 2012-ci ildə istintaqa Timoşenkonun qətldə əli olduğunu ehtimal edən sənədləri təqdim edib. Keçmiş baş nazirin vəkilləri onun qətlə aidiyyətini rədd edir və Baş prokurorluğun ittihamlarını ölkə başçısı Viktor Yanukoviç tərəfindən aparılan siyasi intiqamın davamı kimi qələmə verir. Prezident Administrasiyası isə, öz növbəsində, bu ittihamları rədd edir.

 

Ukrayna baş prokurorunun birinci müavini Renat Kuzmin qeyd edib ki, prokurorluq Yuliya Timoşenkoya qarşı onun Şerbanın qətlini sifarişi və maliyyələşdirməsi ilə bağlı ittihamları irəli sürməyə hazırdır, lakin Timoşenkonun xəstəliyi bunu etməyə maneçilik törədir. “Məhz alman həkimlərinin çıxardığı rəy keçmiş baş nazirə qətlin maliyyələşdirməsi ilə bağlı ittihamı irəli sürməyə maneçilik törədir”, deyə Renat Kuzmin qeyd edib.

 

Xatırladaq ki 2011-ci ilin mayında Yuliya Timoşenko 7 il həbs cəzasına məhkum edilib. O Rusiya ilə qaz razılaşmasını imzalayarkən səlahiyyətlərini aşmaqda təqsirli bilinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR