Bakı-APA. Rusiyanın Kamçatka diyarı sahilləri yaxınlığında 3,6 bal gücündə zəlzələ baş verib.
APA-nın “Interfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 130 km şimali-şərqdə, 50 km dərinlikdə olub.
Rusiya Federasiyası Fövqəladə hallar nazirliyi Kamçatka diyarı üzrə baş idarəsinin mətbuat xidmətinin açıqlamasına görə, yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.