Moskva. Fərid Əkbərov - APA. SSRİ-nin qurucusu Vladimir İliç Leninin Qızıl Meydandakı mavzoleyi təmirə bağlanıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mavzoley təmir səbəbindən 4 ay bağlı olacaq.
Lenin mavzoleyinin ilk dəfə əsaslı təmir olunacağı bildirilib. Mavzoleyin içində olan Leninin mumiyalanmış nəşi barədə isə hər hansı məlumat verilməyib. Federal Mühafizə Xidmətinin nümayəndəsi Stanislav Kyuverr mavzoleyin fasad hissəsinin yağış və qar səbəbindən zərər gördüyünü, özül hissəsində də çatların əmələ gəldiyini söyləyib.
Qeyd edək ki, Rusiya cəmiyyətində Leninin nəşinin dəfn olunub-olunmaması ilə bağlı mübahisələr gedir. Rusiya prezidenti Vladimir Putin isə Leninin dəfn olunmayacağını söyləyib.