Bank Of Baku

Moldova prezidenti mayın 9-da Moskvaya səfər etməyəcək

Moldova prezidenti mayın 9-da Moskvaya səfər etməyəcək
# 31 mart 2015 21:01 (UTC +04:00)

Bakı-APA. Moldovanın prezidenti Nikolay Timofti mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr edilmiş bayram tədbirlərinə qatılmayacaq.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova prezidentinin mətbuat katibi Vlad Tsurkanu bildirib.

 

“Prezident Timofti bu məsələ ilə bağlı mövqeyini bildirib. O, mayın 9-da Moskvaya səfər etməyəcək”, deyə V.Tsurkanu bildirib.

 

Onun sözlərinə görə, Nikolay Timofti Kişinyovda keçirilən bayram tədbirlərində iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR