Bank Of Baku

Poroşenko: “Ukrayna Rusiyaya qarşı iddialar hazırlamalıdır”

Poroşenko: “Ukrayna Rusiyaya qarşı iddialar hazırlamalıdır”
# 20 fevral 2018 23:55 (UTC +04:00)

Ukrayna prezidenti Pyotr Poroşenko dəymiş ziyanın ödənilməsi üçün Rusiyaya qarşı iddiaların  hazırlanmasının vacibliyini qeyd edib.

 

APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, P.Poroşenko konkret olaraq ziyanın mahiyyətini açıqlamayıb.  

 

“Biz Rusiya Federasiyasına qarşı iddiaları hazırlamaq üçün hər-hansı fürsəti əldən verməməliyik”, - deyə P.Poroşenko bildirib.  

 

Onun sözlərinə görə, burada söhbət tək siyasi məsələlərdən deyil, dəymiş ziyanın birbaşa ödənilməsindən gedir.  

 

“Mən əminəm ki, hüquqi mövqe həm dövlət maraqları baxımından, həm də kompensasiya baxımından ümumiləşdirilməlidir”, - deyə P.Poroşenko əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR