Rusiya Ukraynanın Sumı şəhərinə zərbələr endirib, dörd nəfər ölüb.
APA Ukrayna KİV-nə istinadən xəbər verir ki, Rusiya qüvvələri Sumı şəhərinin Zareçnı rayonunda mülki infrastruktura üç idarə olunan hava bombası atıb, nəticədə dörd nəfər ölüb, yaralılar var.
Sumı Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri Oleq Qriqorov Telegram kanalında Sumıya endirilən zərbələr nəticəsində dörd nəfərin öldüyünü təsdiqləyib.
Bundan əlavə, yeddi yaralı olduğu bildirilib.
Sumi şəhərinin meri vəzifəsini icra edən Artem Kobzarın sözlərinə görə, ölənlər arasında bir qız uşağı da var.
Xilasetmə əməliyyatı davam edir.