Bank Of Baku

Putin: “NATO qoşunlarının Əfqanıstandan çıxarılması əlavə problemlər yaradır”

Putin: “NATO qoşunlarının Əfqanıstandan çıxarılması əlavə problemlər yaradır”
# 20 dekabr 2012 00:45 (UTC +04:00)

Bakı-APA. NATO qoşunlarının Əfqanıstandan çıxarılması əlavə problemlər yaradır. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

 

“NATO qoşunlarının Əfqanıstandan çıxarılması 2014-cü ilə nəzərdə tutulub. Bu əlavə problemlər yaradır. Biz indidən bu barədə düşünməliyik”, deyə Rusiya prezidenti qeyd edib.

 

Vladimir Putin əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın (KTMT) sammitində prezidentlər NATO qoşunlarının Əfqanıstandan çıxarılmasının nəticələrini müzakirə ediblər.

 

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Cey Karni bu ilin noyabrında qeyd edib ki, ABŞ prezidenti Barak Obama qoşunların Əfqanıstandan 2014-cü ildən sonra çıxarılması strategiyası və bu ölkədəki ABŞ hərbi kontingenti ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.

 

Bununla belə o qeyd edib ki, artıq Vaşinqtonda qəbul edilmiş qərarlara əsasən, “2014-cü ildən sonra Amerikanın Əfqanıstanda hərbi iştirakı miqyasına görə xeyli məhdudlaşacaq” və fəaliyyəti, əsasən, “antiterror əməliyyatları və Əfqanıstan qüvvələrinin hazırlığını həyata keçirməkdən ibarət olacaq”.

 

“Wall Street Journal”-ın məlumatına görə, ABŞ hökuməti 2014-cü ildən sonra Əfqanıstanda 10 minə yaxın hərbçi saxlamaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR