Bank Of Baku

Rusiya müdafiə nazirliyi: «Qəbələ RLS-nın istismarının dayandırılması Rusiyanın təhlükəsizliyinə təsir etməyəcək»

Rusiya müdafiə nazirliyi: «Qəbələ RLS-nın istismarının dayandırılması Rusiyanın təhlükəsizliyinə təsir etməyəcək»
# 24 dekabr 2012 17:48 (UTC +04:00)

Bakı-APA. Qəbələ radiolokasiya stansiyasının istismarının dayandırılması Rusiyanın təhlükəsizliyinə heç cür təsir etməyəcək. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.

 

Nazir müavini qeyd edib ki, bu ilin dekabrınadək qüvvədə olan Qəbələ RLS-nın icarəsinə dair Rusiya və Azərbaycan arasındakı müqavilə «öz vəzifəsini yerinə yetirib».

 

«10 il ərzində Qəbələ RLS özünün cənub istiqamətindən raket hücumu barədə xəbərdarlıq vəzifəsini yerinə yetirirdi», deyə Antonov xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR