APA-nın məlumatına görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov mozambikli həmkarı Oldemiru Baloi ilə görüşün yekunlarına dair keçirilən brifinqdə çıxış edib.
“Ukraynada vətəndaş müharibəsinin başlanılması üçün məqsədyönlü iş aparanlar cinayətkar siyasət yürüdürlər. Biz bu siyasəti pisləməklə yanaşı, qarşını alacağıq”, - deyə o vurğulayıb.
S.Lavrov həmçinin Ukraynanın gərginlik yaşanan bölgələrində Rusiya silahlarının mövcudluğuna dair iddiaları gülünc adlandırıb.