Bank Of Baku

Rusiya və Ermənistan prezidentləri arasında bağlı qapılar arxasında görüş keçirilib

Rusiya və Ermənistan prezidentləri arasında bağlı qapılar arxasında görüş keçirilib
# 19 dekabr 2012 22:51 (UTC +04:00)

Bakı-APA. Moskvada keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın (KTMT) və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatın (AİƏT) sammitlərindən sonra Rusiya və Ermənistan prezidentləri arasında təkbətək görüş keçirilib. Görüş bağlı qapılar arxasında baş tutub.

 

Bundan əvvəl Vladimir Putin Qazaxıstan və Belarus prezidentləri ilə ikitərəfli danışıqlar aparıb.

 

KTMT-ın növbəti toplantısı 2013-cü ilin mayında Bişkekdə baş tutacaq. Qeyd edək ki, təşkilatda rəhbərlik bu gündən Qırğızıstana keçib.

 

Rusiya AİƏT-da sədrliyi 2013-cü ildə davam edəcək. Təşkilatın növbəti iclası gələn ilin ikinci yarısında Moskvada baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR