Bank Of Baku

Rusiya xarici işlər nazirinin müavini: “Vaşinqtonun Suriyaya dair Rusiya-ABŞ ikitərəfli görüşündən imtina etməsi bizdə təəssüf doğurur”

Rusiya xarici işlər nazirinin müavini: “Vaşinqtonun Suriyaya dair Rusiya-ABŞ ikitərəfli görüşündən imtina etməsi bizdə təəssüf doğurur”
# 27 avqust 2013 10:08 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya ABŞ-ın Suriya münaqişəsinin həllinə dair beynəlxalq konfransa hazırlıq üçün rusiyalı nümayəndələrlə danışıqlardan imtina etməsi qərarından təəssüflənir. APA-nın Moskva müxbirinin məlumatına görə,  bu barədə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov “Twitter”dəki mikrobloqunda yazıb.   

 

“Tərəfdaşlarımızın Suriya münaqişəsinin həllinə dair beynəlxalq konfransın çağırılmasını müzakirə etmək üçün Rusiya-ABŞ ikitərəfli görüşündən imtina etməsi bizdə təəssüf doğurur”.

 

“Rəsmi Moskva ümid edir ki, ABŞ Suriya münaqişəsinin həllinə dair beynəlxalq konfransa hazırlıqla bağlı rusiyalı nümayəndələrlə ikitərəfli görüşü təxirə salmasına baxmayaraq  Cenevrə-2 konfransı üzrə öhdəliklərini yerinə yetirəcək”. bu bəyanatla isə Rusiya Xarici İşlər nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib.

 

“Ən təcili tapşırıq Cenevrə-2 konfransının keçirilməsidir və biz ümid edirik ki, ABŞ bu konfransa hazırlıqla bağlı öz öhdəliklərini yerinə yetirəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR