Rusiyanın Ulan-Ude şəhərində fərdi evdə yanğın baş verib.
APA-nın məlumatına görə, bu barədə Buryatiya Respublikası FHN-nin məlumatında bildirilir.
Məlumata görə, hadisə nəticəsində ev tamamilə yanıb, 4 nəfər yanaraq ölüb.
Hazırda yanğının səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır.