Bank Of Baku

Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur - YENİLƏNİB-3 - VİDEO

Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur - <span style="color: red;">YENİLƏNİB-3  - <span style="color: red;">VİDEO
# 11 fevral 2018 13:57 (UTC +04:00)

Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.

 

Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. 

 

***

 

saat 16.28

 

Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib.

 

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib.

 

Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisinə düşüb. 

 

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var.

 

***

 

saat 16.21

 

Rusiyada sərnişin təyyarəsi radardan itib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskvadan Orska uçan təyyarə radardan itib.

 

Təyyarənin göyərtəsində 65 sərnişin və heyət üzvləri var.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR