Bank Of Baku

Rusiyada kəskin şaxtalar 29 nəfərin ölümünə səbəb olub

Rusiyada kəskin şaxtalar 29 nəfərin ölümünə səbəb olub
# 18 dekabr 2012 14:00 (UTC +04:00)

Bakı – APA. Rusiya Federasiyasında şaxtalı hava şəraiti 29 nəfərin ölümünə səbəb olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ölüm hallarının çoxu Çelyabinsk vilayətində qeydə alınıb. Bu vilayətdə kəskin şaxtalar başladıqdan bəri donvurmadan 20 nəfər ölüb. Dekabrın 18-də Çelyabinskdə gecə -32 dərəcə, gündüz isə -22 dərəcə şaxta olub.

 

Rusiyada ən şiddətli şaxtalar Maqadan vilayəti və Çukotkada qeydə alınıb (-50 dərəcə). Kamçatka və Barnaulda -40 dərəcə, Tomsk vilayətində -38 dərəcə şaxta müşahidə olunur. 

 

İnsanların müxtəlif vasitələrlə evlərini qızdırmaq istəyərkən baş verən yanğınların statistikası da diqqəti cəlb edir. Fövqəladə Hallar Nazirliyindən “İnterfaks”a bildiriblər ki, ölkədə gündə 800-ə yaxın yanğın baş verir və bu yanğınlarda 70-ə yaxın adam ölür.

 

Kəskin soyuqlar nəqliyyatın hərəkətinə də mane olur. Rusiyanın müxtəlif yerlərində təyyarə və avtobus reysləri gecikir və təxirə salınır.

 

Paytaxt Moskva şəhərində dekabrın 18-i gecəsi -20 dərəcə şaxta olub.

 

Sinoptiklər kəskin şaxtaların dekabrın 23-nə qədər davam edəcəyini proqnozlaşdırır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR