Bank Of Baku

Rusiyada terror aktları hazırlamaqda şübhəli bilinən 25 ukraynalı saxlanılıb

Rusiyada terror aktları hazırlamaqda şübhəli bilinən 25 ukraynalı saxlanılıb
# 03 aprel 2014 20:15 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın NTV telekanalı xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb. Məlumatda saxlanılan şəxslər arasında “Sağ sektor” hərəkatının üzvlərinin də olduğu bildirilir.

 

Telekanal saxlanılan şəxslərin video görüntülərini də yayımlayıb.

 

Xüsusi xidmət orqanlarının məlumatına görə, saxlanılan şəxslər terror aktlarını martın 14-dən 16-dək Rusiyanın 6 bölgəsində - Rostov, Volqoqrad, Tver, Oryol, Belqorod vilayətlərində, habelə Kalmıkiya və Tatarstan respublikalarında törətməyi planlaşdırırmış.  

 

Məlumatda bildirilir ki, saxlanılan şəxslər Ukrayna Təhlükəsizlik Şurası tərəfindən təlimat aldıqlarını təsdiqləyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR