Bank Of Baku

Rusiyanın BMT-dəki nümayəndəsi: “ABŞ-la dialoqa hazırıq”

Rusiyanın BMT-dəki nümayəndəsi: “ABŞ-la dialoqa hazırıq”
# 10 fevral 2018 10:09 (UTC +04:00)

“Rusiya ABŞ-la dialoqa hazırdır”.

 

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi  Vasili Nebenzya deyib.

 

V.Nebenzya bildirib ki, bu dialoq təkcə hər iki ölkə üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün vacibdir.

 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Xeylinin “Rusiya dəyər və davranışlarını dəyişməyənə kimi ABŞ-ın dostu olmayacaq” fikrinə münasibət bildirən Rusiya təmsilçisi deyib ki, Rusiyanın kiminləsə dost olmağa ehtiyacı yoxdur: “ Biz istəmirik ki, kimsə bizi sevsin. Biz sadəcə, mədəni əlaqələr qurmaq istəyirik”.

 

Vasili Nebenzya hazırda ABŞ və Rusiya arasında əlaqələrin yaxşı getmədiyinə toxunub və bunda Rusiyanın günahı olmadığını vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR