Bank Of Baku

Sergey Lavrov: “Ukraynada Rusiya agentləri yoxdur”

Sergey Lavrov: “Ukraynada Rusiya agentləri yoxdur”
# 14 aprel 2014 12:55 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Biz Ukraynanın daxili işlərinə qarışmırıq. Bu bizim maraqlarımıza ziddir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Ukraynada Rusiya agentləri yoxdur: “Orada bizim agentlər yoxdur, nə Federal Təhlükəsizlik Xidməti nə də ki, Baş Kəşfiyyat İdarəsi... Mən bir neçə dəfə ABŞ dövlət katibi Con Kerri və Ukrayna xarici işlər naziri vəzifəsini icra edən Andrey Deşşitsaya bu barədə demişəm ki, əgər siz kimisə saxlamısınızsa, onda elan edin. Onlar nəyə görəsə bunu etmirlər. İndi isə deyirlər ki, əgər dördtərəfli görüş olacaqsa, orada elan edərik. Belə çıxır ki, onlara dördtərəfli görüşdə skandal lazımdır. Deməli, onların haradansa təsadüfi kvazifaktları var. Əgər faktları varsa, onda onları elan etməyə utanmaq lazım deyil. Əgər elan etməyə utanırsınızsa, o zaman sizin faktınız yoxdur".

 

Qeyd edək ki, AB-Rusiya-ABŞ-Ukrayna dördtərəfli görüşünun aprelin 25-də keçirilməsi planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR