Bank Of Baku

Tacikistan sosial şəbəkələrə girişi bağlayır

Tacikistan sosial şəbəkələrə girişi bağlayır
# 22 dekabr 2012 09:11 (UTC +04:00)

Bakı – APA. Yaxın vaxtlarda Tacikistanda «Twitter», «V kontakte», «Odnoklasniki» daxil olmaqla, ümumilikdə 131 sayta giriş bloklaşdırılacaq. APA-nın məlumatına görə, Tacikistan hökuməti nəzdində Rabitə Xidməti tərəfindən bununla bağlı qərar qəbul olunub.

 

«Yəqin ki, artıq bazar ertəsindən etibarən ölkədəki İnternet-provayderlər bu saytların bloklaşdırılmasına başlayacaq. Söhbət əsasən musiqi və video materiallardan ibarət kontent yerləşdirən saytlardan gedir», - deyə yerli mütəxəssislər bildirib.

 

Xatırladaq ki, bundan əvvəl 2012-ci il ərzində Tacikistanda «YouTube», «Vesti» (Rusiya), BBC (Böyük Britaniya), «Azadlıq» radiostansiyası və s. Saytlar bloklaşdırılıb. Həmçinin, iki dəfə «Facebook»un saytı bağlanıb-açılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR