APA-nın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Baş Prokurorluq belə nəticəyə gəlib ki, Gürcüstan tərəfinin Saakaşvilinin ekstradisiyası ilə bağlı sorğusu onun siyasi motivlərlə təqib olunması məqsədilə verilib”, - deyə məlumatda vurğulanıb.
Ukrayna Baş Prokurorluğundan həmçinin bildiriblər ki, sabiq prezidentin ekstradisiyası insan haqları və azadlıqlarının müdafiəsi haqqında Konvensiyasının (1950-ci il) tələblərinə ziddir.