Bank Of Baku

Ukrayna Ədliyyə Nazirliyi “Rusiya bloku” və “Rus birliyi” partiyalarının fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib

Ukrayna Ədliyyə Nazirliyi “Rusiya bloku” və “Rus birliyi” partiyalarının fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib
# 16 aprel 2014 13:21 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Ukrayna Ədliyyə Nazirliyi məhkəmə vasitəsilə “Rusiya bloku” və “Rus birliyi” partiyalarının fəaliyyətinin qadağan edilməsinə nail olmaq niyyətindədir.

 

APA-nın “Ukrinform” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Ədliyyə Nazirliyi bu partiyaların fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırıb.

 

Baş Prokurorluq isə Ukrayna Kommunist Partiyasının vətənə xəyanət və separatçılıqla bağlı müraciət və qərarlarını araşdırır.

 

Ədliyyə naziri Pavel Petrenko separatçılıq faktlarının qanun çərçivəsində müvafiq istintaq yolu ilə müəyyən olunacağını bildirib.

 

“Məhkəmə Baş Prokurorluğun araşdırmalarının nəticəsi əsasında qanunauyğun qərar verəcək”, - deyə nazir vurğulayıb.

 

Nazir onu da əlavə edib ki, Baş Prokurorluq Kommunist Partiyasının qərarlarını və bəyanatlarını araşdırmaqla yanaşı, partiyanın fəaliyyətini nəzarətdə saxlayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR