Bank Of Baku

Ukrayna Müdafiə Nazirliyi ölkədə fövqəladə vəziyyətin elan ediləcəyi ilə bağlı yayılmış məlumatı yoxlayır

Ukrayna Müdafiə Nazirliyi ölkədə fövqəladə vəziyyətin elan ediləcəyi ilə bağlı yayılmış məlumatı yoxlayır
# 28 yanvar 2014 15:29 (UTC +04:00)

Bakı – APA. Ukrayna Müdafiə Nazirliyi hakimiyyətin ölkədə fövqəladə vəziyyət elan etmək niyyəti ilə bağlı yayılmış məlumatları yoxlayır.

 

APA-nın məlumatına görə, bu barədə İTAR-TASS-a Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

 

“Hazırda biz bu məlumatları yoxlayırıq”, - deyə Ukrayna Müdafiə Nazirliyinin təmsilçisi vurğulayıb.

 

Qeyd edək ki, müxalifət mərkəzi hakimiyyət orqanlarının hərbi hissələrin rəhbərlərinə zabitlərin iştirakı ilə toplantıların keçirilməsinə dair göstəriş verdiyini iddia edib. İddiaya əsasən, həmin toplantıların yekunu olaraq zabitlər prezidentə ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqinin zəruriliyi ilə bağlı müraciət qəbul etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR