APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu qərarı Müstəqillik Meydanında «Svoboda» Partiyasının lideri Oleq Tyaqnibok elan edib.
Digər müxalifət liderləri Vitali Kliçko və Arseniy Üatsenyuk qərarı dəstəkləyiblər.
“Maydanda” əvvəlki kimi minlərlə nümayişçi toplaşıb. Kiyeviin mərkəzindəki Qruşevski küçəsində onlarla insan avtomobil şinlərini yandıraraq barrikadaları mühafizə edirlər.