APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu bəyanatla yanvarın 30-da Ukrayna müxalifətinin liderləri Arseni Yatsenyuk, Vitali Kliçko və Oleq Tyaqnibok çıxış ediblər.
“Kütləvi şəkildə özgə kartlarla səs vermə kimi hallar qeydə alınıb, bu isə Ukraynanın konstitusiya normalarının pozulması deməkdir. Konstitusiyanın pozulmasına görə prezident Yanukoviç şəxsən məsuliyyət daşıyır”, deyə bəyanatda deyilir.
Qeyd edək ki, qanuna əsasən, etirazçılar 3 şərtə əməl etməlidir – bütün inzibati binaları boşaltmalı, Qruşevski küçəsini tərk etməli və ölkənin bütün şəhərlərində küçələri və yolları boşaltmalıdır.
Qeyd olunan şərtlər icra olunduqdan sonra 15 gün ərzində həbs olunanlara amnistiya elan ediləcək.