Bank Of Baku

Ukrayna prezidenti yeni hökumətin tərkibini təsdiqləyib

Ukrayna prezidenti yeni hökumətin tərkibini təsdiqləyib
# 24 dekabr 2012 12:58 (UTC +04:00)

APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən xəbərinə görə, yeni hökumətdə baş nazirin birinci müavini postunu Ukrayna Mərkəzi Bankının rəhbəri Sergey Arbuzov tutub. Sabiq energetika naziri Yuri Boyko və Dnepropetrovsk vilayətinin keçmiş qubernatoru Aleksandr Vilkul isə baş nazirin müavinləri təyin olunub.

 

Yuri Kolobov və Vitali Zaxarçenko müvafiq olaraq maliyyə və daxili işlər nazirləri vəzifələrində saxlanılıblar. Səhiyyə naziri Raisa Boqatıryova, təhsil naziri Dmitri Tabaçnik və ədliyyə naziri Aleksandr Lavrinoviç də öz postlarını qoruyublar.

 

Ukrayna Energetika Nazirliyinə bundan sonra keçmiş ekologiya və təbii sərvətlər naziri Eduard Staviçkiy başçılıq edəcək. Ekologiya və təbii sərvətlər naziri vəzifəsi Dövlət Geoloji Xidmətin rəisi Oleq Proskuryakova həvalə olunub.

 

“Ukrayna, irəli!” partiyasının lideri Natalya Korolevskaya sosial siyasət naziri, Pavel Lebedev müdafiə, Leonid Kojara isə xarici işlər naziri təyin olunub. “Ukrayna Dəmir Yolları”nın baş direktoru Vladimir Kozak Boris Kolesnikovun yerinə infrastruktur naziri, Dnepropetrovsk vilayətinin qubernator müavini Gennadi Temnik isə regional inkişaf naziri olub. Dövlət Gömrük və Vergi xidmətlərinin birləşdirilməsi əsasında yaradılmış Gəlir və Yığımlar Nazirliyinə başçılıq Aleksandr Klimenkoya, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə rəhbərlik isə Mixail Bolotskixə tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR