Bakı – APA. Ukraynada güclü qar səbəbindən 649 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, hazırda Krımda, habelə Odessa, Xerson, Nikolayev, Donetsk, Zaporojye, Dnepropetrovsk, Kirovoqrad, Çerniqov, Çernovtsı, Çerkassk və Kiyev vilayətlərinin əksər yaşayış məntəqələrinə elektrik enerjinin verilməsi dayandırılıb.
Ukraynanın fövqəladə hallar Dövlət Xidmətindən bildiriblər ki, həmin yaşayış məntəqələrin elektrik enerji ilə təminatı üçün işlər görülür.