Bank Of Baku

Ukraynada Çernobıl AES-in ərazisinə daxil olmağa cəhd edən azərbaycanlı saxlanılıb

Ukraynada Çernobıl AES-in ərazisinə daxil olmağa cəhd edən azərbaycanlı saxlanılıb
# 11 fevral 2018 03:06 (UTC +04:00)

Ukraynada Çernobıl atom elektrik stansiyasının ərazisinə daxil olmağa cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın xəbərinə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin saytında dərc edilən məlumatda bildirilir.  

 

“Jitomir Sərhəd Dəstəsinin hərbçiləri polis əməkdaşları ilə birgə Azərbaycandan gəlmiş ekstremal turisti saxlayıblar. 39 yaşlı Bakı sakini Çernobıl AES-in ərazisinə qanunsuz daxil olmağa cəhd edib”, - deyə məlumatda bildirilir.

 

İnsidentin təfərrüatları açıqlanmır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR