APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bir neçə gənc Xerson cinayət axtarış İdarəsinin üç əməkdaşına bıçaq xəsarətləri yetirib.
Ukrayna milisinin məlumatına əsasən, cinayətkarlar saxlanılıb, onlar yerli ali məktəblərin birində təhsil alırlar.
Yaralılardan ikisi ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb.